İş şəraiti
- İş yeri: Bakı,
- Şirkət: BMY Caspian MMC
- İş qrafiki: Tam ştat, sahə rejimi, həftənin 5 günü, 9:00-18:00
Əgər diqqətlisənsə, qaydalara ciddi yanaşırsansa və hər zaman “öncə təhlükəsizlik” prinsipini rəhbər tutursansa – bu vakansiya sənin üçündür! Dinamik quruculuq layihəmizdə təhlükəsiz iş mühitinin formalaşmasına dəstək olacaq SƏTƏM mütəxəssisi axtarırıq.
Vəzifənin məqsədi:
- Tikinti sahəsində işçilərin sağlamlığını və təhlükəsizliyini təmin edən standartlara nəzarət etmək, riskləri minimuma endirmək və əməyin mühafizəsi üzrə prosedurların gündəlik tətbiqinə dəstək olmaq. SƏTƏM üzrə komandanın üzvü kimi layihənin təhlükəsiz və effektiv aparılmasına töhfə vermək.
Vəzifə öhdəlikləri:
- İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi və əməyin mühafizəsinin təmin olunması üçün SƏTƏM qayda və prosedurlarının hazırlanması və tətbiqi;
- İş yerlərində risklərin qiymətləndirilməsi və təhlükəsizlik üzrə auditlərin aparılması;
- Təhlükəsizlik qaydaları ilə bağlı təlimlərin keçirilməsi və müvafiq maarifləndirmə işlərinin təşkili;
- Fərdi mühafizə vasitələrinin (FMP) istifadəsinə nəzarət və tələb olunan təminatların həyata keçirilməsi;
- Sahələrdə baş verə biləcək hadisələrinin təyin edilməsi və qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi;
- Qəza, xəsarət və digər təhlükəsizlik hadisələrinin araşdırılması, hesabatın hazırlanması və aidiyyəti qurumlara təqdim olunması;
- Qanunvericilikdə olan dəyişiklikləri izləmək və müəssisədə tətbiqini təmin etmək;
- SƏTƏM üzrə daxili siyasət və prosedurların təkmilləşdirilməsində iştirak.
- Layihə rəhbərliyinə mütəmadi hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya müvafiq ixtisas üzrə təhsil
- SƏTƏM üzrə sertifikatların olması (ISO 45001 və s.).
- İnşaat sahəsində minimum 1-3 il SƏTƏM təcrübəsi mütləqdir.
- SƏTƏM qanunvericiliyi və standartları barədə ilkin biliklər
- Microsoft Office proqramları ilə işləmək bacarığı
- Risklərin qiymətləndirilməsi, təhlükəsizlik prosedurlarının hazırlanması və tətbiqi bacarığı
- Komandada işləmə və operativlik bacarığı
Şirkətin təklifləri:
- Layihəyə uyğun stabil əməkhaqqı+Performans Bonusları
- Nəqliyyat təminatı
- Təhlükəsizlik sahəsində təlim və sertifikat imkanları
- Uzunmüddətli əməkdaşlıq perspektivi
Əmək haqqı: 1000-1500 AZN + Bonus
CV-nizi “SƏTƏM mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.