BOA Agency BOA Agency
  • 156

BOA Agency

Бизнес

Əməyin mühafizəsi üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməyin mühafizəsi üzrə mühəndis

  • Истекает 9 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinə nəzarətin təşkili və həyata keçirilməsi;
  • Təhlükəli və zərərli istehsalat amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlərin görülməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qanunvericiliyin, norma və qaydaların icrasına nəzarət;
  • Bu sahədə baş verən dəyişikliklər barədə işçilərin müntəzəm və vaxtında məlumatlandırılmasının təşkili;
  • İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların keçirilməsi və maarifləndirmə işlərinin aparılması;
  • Əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin təmin edilməsi və işçilərin sağlamlığının qorunmasına yönəlmiş perspektiv və illik tədbirlər planının hazırlanması və icrasına nəzarət;
  • Nəzarət və yoxlama orqanları ilə əməkdaşlıq etmək, tələb olunan sənədlərin hazırlanmasını təmin etmək. 

Vakant vəzifə üzrə tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
  • Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlist şifahi və yazılı ünsiyyət bacarığı;
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Analitik düşünmə, məsuliyyətlilik və ünsiyyət qurma bacarığı;

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

  • Daily0
  • Weekly121
  • Monthly808