BOA Agency BOA Agency
  • 641

BOA Agency

Бизнес

İcra işləri üzrə müdir ( Gəncə filialı )

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İcra işləri üzrə müdir ( Gəncə filialı )

  • Истекает 4 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
  • Öz bacarıqları daxilində Problemli Kreditlərin İdarəedilməsi Departamentinin (PKİD) Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq.
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizə və vəsatətlərin  aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
  • PKİD-nin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
  • Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması
  • Şöbənin işçilərinə nəzarət 

Vakant vəzifə üzrə tələblər:

  • Ali hüquqi təhsili olan müvafiq iş sahəsində 5 ildən artıq iş təcrübəsi olmalı 
  • AR Mülkü məcəlləsini bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
  • Kollektivdə işləmə qabiliyyəti olmalı
  • Müqavilələrlə işləmə bacarığı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
  • Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)

İş şəraiti:

  • Əmək haqqı: 1000 - 1200 azn (+bonus sistemi)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə)
  • Şənbə və bazar istirahət
  • Nahar fasiləsi: 13:00–14:00

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı
  • Əmək haqqına mükafat və əlavə bonuslar
  • Korporativ nömrəylə təmin edilmə
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət
  • Karyera və inkişaf perspektivləri.

Maraqlanan şəxslər öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Gəncə şəh., Nizami ray. Əttarlar küç, 137; (012) 310 39 21

  • Daily0
  • Weekly351
  • Monthly1989