BOA Agency BOA Agency
  • 662

BOA Agency

Бизнес

İcra işləri üzrə mütəxəssis/hüquqşünas (Gəncə filialı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İcra işləri üzrə mütəxəssis/hüquqşünas (Gəncə filialı)

  • Истекает 4 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Öz bacarıqları daxilində Problemli Kreditlərin İdarə edilməsi Departamentinin (PKİD) Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi;
  • Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi;
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;
  • İcra İşləri Şöbəsinin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələrin yerinə yetirilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (hüquq təhsili arzuolunan)
  • Müvafiq iş sahəsində 2-3 il iş təcrübəsi olmalı və yaxud Ali hüquqi təhsili olmayan məhkəmə qərarlarının icrası sahəsində və ya İcra Şöbələrində 3 il iş təcrübəsi olmalı;
  • AR İcra haqqında qanunu bilməli;
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s) ;
  • Kollektivdə işləmə qabiliyyəti olmalı;
  • Müqavilələrlə işləmə bacarığı;
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli;
  • Rayonlar üzrə ezamiyyələrə gedməyə hazır olmalı;
  • Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili arzuolunandır).

İş şəraiti:

  • Əmək haqqı: 600–700 AZN (+bonus sistemi)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Əmək haqqına mükafat və əlavə bonuslar;
  • Korporativ nömrəylə təmin edilmə;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri.

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Gəncə şəh., Nizami ray. Əttarlar küç, 137; (012) 310 39 21

  • Daily0
  • Weekly351
  • Monthly1989