Sistem və Şəbəkə İnzibatçısı

  • Истекает 4 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Korporativ şəbəkənin (200+ istifadəçi) texniki dəstəyi və idarə edilməsi;
  • Şəbəkə İnfrastrukturu: Fortinet (FortiGate) və Cisco (Core səviyyəsində, Stack, VLAN, L2/L3) avadanlıqlarının, Ubiquiti (UniFi) simsiz şəbəkə sistemlərinin konfiqurasiyası və idarə edilməsi;
  • Server və Virtualizasiya: HP ProLiant (Gen8, Gen10, Gen11) serverlərinin, MSA yaddaş sistemlərinin, VMware (vCenter, ESXi) mühitinin dəstəklənməsi;
  • VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;
  • Əməliyyat Sistemləri: Windows Server (AD, DNS, DHCP, GPO) və Linux (PHP əsaslı tətbiqlər, tabus) inzibatçılığı;
  • VPN və Şəbəkə Təhlükəsizliyi: Baş ofislə filiallar, ödəniş sistemləri (MilliÖn, eManat) və tərəfdaşlarla IPSec VPN tunellərinin qurulması. İki fərqli ISP üzərindən ehtiyat (failover) kanallarının təmin edilməsi;
  • Telefoniya (VoIP): 3CX sisteminin idarə edilməsi, SIP trankların sazlanması (Genesis sistemi üzrə anlayış mütləqdir) ;
  • Təhlükəsizlik və Müşahidə: Dahua IP kameraların, NVR və DVR sistemlərinin quraşdırılması və şəbəkəyə inteqrasiyası;
  • Gündəlik dəstək və Monitorinq: Zabbix/PRTG monitorinqi, məlumatların ehtiyat nüsxələnməsi (Backup). Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və istifadəçilər üçün texniki problemlərin həlli (Windows 10/11).

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • İT sahəsində (şəbəkə, sistem administrasiyası) minimum 2 il iş təcrübəsi;
  • Rus və ingilis dili biliyi (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
  • Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə dərin biliklər. 
  • TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi;
  • Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı;
  • Sertifikatların (Cisco CCNA, Fortinet NSE4, VMware, Microsoft MTA/MCSA, Linux+) olması üstünlükdür; 
  • Yüksək dərəcədə ünsiyyət, analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı.

Sizə nə təklif edirik?

  • Əmək haqqı: 1500 AZN;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4. mkr., Mir Cəlal küç.36D. (012) 310 39 21

  • Daily44
  • Weekly354
  • Monthly371