Bokt Embafinans MMC Bokt Embafinans MMC

IT Biznes Analitik (Aparıcı mütəxəssis)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT Biznes Analitik (Aparıcı mütəxəssis)

  • Deadline 3 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz, Bank Olmayan Kredit Təşkilatı olaraq, biznes tələblərini dəqiq analiz edib, texniki komandaya ötürə bilənProqramlaşdırma təcrübəsinə malik IT Biznes Analitik axtarırıq. Bu vəzifə, kredit idarəetmə sistemi, ödəniş sistemləri inteqrasiyaları, web və mobil tətbiqlərlə bağlı biznes proseslərinin idarə olunması üçün vacibdir.

Əsas Vəzifələr

  • Biznes proseslərin analizi – Kredit, ödəniş və müştəri məlumatları üzrə biznes tələblərinin toplanması və texniki komandaya yönləndirilməsi.
  • Texniki sənədləşdirmə – API inteqrasiyaları üçün texniki tapşırıqların və backend/frontend komandalarına detallı spesifikasiyaların hazırlanması.
  • Test və yoxlama – Sistem yeniləmələri üçün test ssenarilərinin yazılması və icrası.
  • Komanda ilə əməkdaşlıq – Proqramlaşdırma komandası ilə koordinasiyalı işləyərək tələblərin düzgün icrasını təmin etmək.
  • SQL və verilənlər bazası analizi – Kredit sistemləri üçün SQL sorğularının yazılması və məlumatların analiz edilməsi.
  • Texniki tapşırıqların hazırlanması – Biznes tələblərini proqramlaşdırma biliklərindən istifadə edərək texniki tapşırıqlara çevirmək və icrasına nəzarət etmək.
  • Kredit idarəetmə sisteminin dəstəklənməsi – Təşkilatın kredit proqram sisteminin idarə olunması və texniki dəstəyin göstərilməsi.

Tələb Olunan Bilik və Bacarıqlar

Təhsil və Təcrübə

  • Kompüter elmləri, informasiya texnologiyaları və ya müvafiq sahə üzrə təhsil (arzuolunandır).
  • Minimum 2 il biznes analitik və ya 1 il proqramlaşdırma sahəsində iş təcrübəsi.

Texniki Biliklər

  • SQL sorğularının yazılması və məlumat bazalarının analizi.
  • API-lərlə işləmə təcrübəsi (REST, SOAP).
  • Backend texnologiyaları (Python, Java və s.) və Frontend bilikləri (HTML, CSS, JavaScript).
  • JSON və XML formatları ilə işləmə bacarığı

Biznes Bilikləri

  • Kredit idarəetmə sistemləri və maliyyə prosesləri haqqında biliklər (arzuolunandır).
  • BPMN və UML modelləri ilə işləmə təcrübəsi.

Dil Bilikləri

  • Azərbaycan dili – Yaxşı səviyyədə.
  • Rus və ya İngilis dili – Danışıq səviyyəsində.

Şəxsi Keyfiyyətlər

  • Analitik düşünmə və problem həll etmə bacarığı.
  • Komanda ilə işləmək və məsuliyyətli yanaşma.

6Əmək Haqqı - Namizədin təcrübəsindən və müsahibə nəticəsindən asılı olaraq müəyyən olunacaq.

Uyğun namizədlərdən CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

  • Daily60
  • Weekly518
  • Monthly518