Vəzifə öhdəlikləri:
- BOKT (Bank olmayan kredit təşkilatı)-un kredit məhsulları haqqında müştərilərə dolğun və dəqiq məlumat vermək
- Daxil olan kredit müraciətlərini qəbul etmək, ilkin qiymətləndirmə və təhlil aparmaq
- Kredit sənədləşmə prosesini həyata keçirmək
- Kredit portfelini keyfiyyətli şəkildə formalaşdırmaq və idarə etmək
- İdarə olunan portfelə dair hesabatlar, həmçinin ümumi hesabatlar təqdim etmək
Namizəddən tələblər:
- Ali təhsil
- Yaş: 22 - 35
- Analitik düşüncə və hesablama aparma bacarığı
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq, xidmət keyfiyyətini və müştəri məmnuniyyətini təmin etmək bacarığı
- Komanda ilə işləmək və yüksək səviyyədə kommunikasiya qurmaq bacarığı
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzuolunandır)
- İşində dəqiq, məsuliyyətli və təşəbbüskar olmaq
- Müvafiq sahə üzrə iş təcrübəsi mütləq deyil
İş haqqında məlumat:
- BOKT “Forfinance” MMC
- 6 günlük iş qrafiki
- Vəzifə üzrə əmək haqqı: 400 manat və əlavə olaraq mükafat
- Ünvan: Bakı, Nərimanov ray., A.M.Cümə küçəsi, 46B
Tələblərə uyğun olan namizədlərdən CV formalarını mövzu hissəsində “Kredit üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.