Booo komandamıza qoşulacaq məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan anbardar axtarırıq!
Vəzifə öhdəlikləri
* Anbarda olan avadanlıq, oyun materialları, dekor və digər inventarların qəbulunu və təhvilini həyata keçirmək;
* Anbarın səliqəli və sistemli saxlanılmasını təmin etmək;
* Tədbir və teambuilding layihələri üçün tələb olunan avadanlıqları siyahı əsasında hazırlamaq;
* Tədbirlərdən sonra geri qaytarılan inventarları yoxlamaq, saymaq və yerbəyer etmək;
* İnventarların mütəmadi sayımını aparmaq və uçotunu saxlamaq;
* İtki, zədə və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
* Zərurət yarandıqda tədbirlərin quraşdırılması və sökülməsi prosesində iştirak etmək.
Namizədə tələblər
* Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
* Fiziki iş üçün uyğun olmaq;
* Komanda ilə işləmək bacarığına sahib olmaq;
* Səliqəli və sistemli işləmək bacarığı;
* Öyrənməyə və dinamik iş mühitində çalışmağa həvəsli olmaq;
* Anbar və inventar uçotu üzrə təcrübənin olması üstünlükdür;
* Çevik iş qrafikinə uyğunlaşmaq: tədbirlərin qrafikindən və avadanlıqların qəbulundan asılı olaraq bəzi günlər işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər.
İş qrafiki
- İş günləri: Bazar ertəsi – Şənbə;
- İş saatları: 10:00–18:00;
- Tədbirlərin qrafikindən asılı olaraq işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər;
- Həftəsonları tədbir olduğu təqdirdə işə cəlb olunmaq tələb oluna bilər.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu (Subject) hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.
Komandamıza qoşulmaq və bizimlə birlikdə maraqlı layihələrin bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!