Booo.az Booo.az
  • 212

Booo.az

Entertainment , Media

Aparıcı (Event & Teambuilding)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı (Event & Teambuilding)

  • Deadline 19 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Teambuilding və korporativ tədbirlərin aparıcılığının həyata keçirilməsi
  • Oyunların, müsabiqələrin və proqram axınının dinamik və anlaşılan şəkildə idarə olunması
  • İştirakçılarla aktiv ünsiyyət qurmaq, komanda ruhunu və motivasiyanı yüksəltmək
  • Tədbir ssenarisinə uyğun çıxışların icrası və improvizasiya bacarığından istifadə
  • Event menecer və təşkilati komanda ilə koordinasiyalı işləmək
  • Tədbirin ümumi enerjisinə və vaxt bölgüsünə nəzarət etmək

Tələblər:

  • Aparıcılıq sahəsində təcrübə (event və ya teambuilding təcrübəsi üstünlükdür)
  • Güclü nitq qabiliyyəti, səhnə mədəniyyəti və auditoriya ilə işləmə bacarığı
  • Aktiv, enerjili və çevik ünsiyyət tərzi
  • Stress altında işləmə və improvizasiya bacarığı
  • Region tədbirlərində iştirak etməyə və gec saatlara qədər işləməyə hazır olmaq
  • Azərbaycan dilində səlis danışıq (rus dili üstünlükdür)

Əlavə üstünlüklər:

  • Teambuilding oyunları və interaktiv proqramlarla tanışlıq
  • Mikrofon və səhnə avadanlıqları ilə işləmə təcrübəsi
  • Daimi layihələrdə və böyük miqyaslı tədbirlərdə iştirak imkanı

İş qrafiki:

  • Həftənin 2 iş günü ofisdə standart iş rejimi
  • Tədbir günlərində isə ofis günlərindən əlavə olaraq, tədbirlərin keçirildiyi məkanlarda iş prosesi
  • İş saatları: 10:00 – 18:00

Əmək haqqı: Razılaşma yolu ilə

Sınaq müddəti: 1 ay

Müraciət qaydası:

Maraqlanan namizədlər CV və video nümunələrini (əgər mövcuddursa) Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərərkən, mövzu (subject) hissəsində “Aparıcı (Event & Teambuilding)” qeyd etmələri xahiş olunur.

  • Daily129
  • Weekly259
  • Monthly1691