Vəzifə öhdəlikləri:
- Bakı və region tədbirlərinin təşkili və icrası, o cümlədən planlaşdırma, logistika və komanda ilə koordinasiya
- Tədbirin gedişatına nəzarət, müştəri məmnuniyyətinin təmin olunması və problemlərin operativ həlli
- Tədbir üçün lazım olan material və resursların təmin olunması məqsədilə sorğuların hazırlanması və idarə olunması
- Tədbir zamanı hesabatların hazırlanması, müştəri rəylərinin toplanması
- Komanda ilə effektiv əməkdaşlıq və iş axınının təşkili
- Tədbir günü gec saatlara qədər işləmək və regionlarda səfərlərə çıxmaq imkanı
Tələblər:
- Ali təhsil arzuolunandır
- Yaxşı kommunikasiya və təşkilati bacarıqlar
- Stresə davamlılıq və çevik iş rejiminə uyğunlaşmaq
- Region tədbirlərində tez-tez iştirak etməyə və gec saatlara qədər işdə qalmağa hazır olmaq
- Azərbaycan dilində səlis, rus dili üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Sual verməyə və yeni biliklərə açıq olmaq
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatları: 10:00 – 18:00 (Tədbir günlərində iş saatları tədbirin qrafikinə uyğun olaraq dəyişə bilər)
Əlavə üstünlüklər:
- Korporativ mobil nömrə, kompüter, telefon təminatı
- Tədbir günlərində nahar və nəqliyyat xərclərinin qarşılanması
- Əmək haqqı: Razılaşma yolu ilə
- Sınaq müddəti: 1 ay
Maraqlanan namizədlər CV və portfolyolarını Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərərkən, mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını — “Event Menecer” qeyd etmələri xahiş olunur.