Boranı Restoranlar Şəbəkəsi Baş Audit vakansiyası elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Restoran filiallarının maliyyə və əməliyyat fəaliyyətinin mütəmadi auditinin həyata keçirilməsi;
- Kassa, POS,bank,nağd pul və digər maliyyə əməliyyatlarının yoxlanılması;
- Satışların,gəlirlərin və xərclərin uçotunun düzgünlüyünə nəzarət;
- Anbar,mətbəx və bar üzrə mal-material hərəkətinin və inventarizasiyaların yoxlanılması;
- Məhsul sərfiyyatı,reseptura,porsiya və faktiki qalıqların uyğunluğunun təhlili;
- Mal itkisi,israf,uyğunsuzluq və mümkün maliyyə risklərinin müəyyənləşdirilməsi;
- Filiallarda daxili prosedur və qaydalara əməl olunmasının yoxlanılması;
- Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
- Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və risklərin minimuma endirilməsi üzrə tədbirlərdə iştirak;
- Zəruri hallarda planlı və plandankənar filial yoxlamalarının həyata keçirilməsi.
Namizədə tələblər:
- Sektor təcrübəsi – İaşə obyektlərində minimum 3 il iş təcrübəsi;
- Təhsil - Maliyyə, audit, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
- Sistem bilikləri - Restoran idarəetmə sistemləri (iiko və ya r-keeper), həmçinin 1C proqramında mükəmməl işləmək bacarığı;
- Məlumat analizi - MS Excel proqramını yüksək səviyyədə bilmək,güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
- İdarəetmə bacarığı - Güclü ünsiyyət və komandada işləmə bacarığı;
- Dil biliyi - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, əcnəbi dil biliyi üstünlükdür.
İş şəraiti və təminatlar
- Müasir və korporativ iş mühiti, peşəkar komanda;
- Nahar yeməyi; Restoran daxilində 200 AZN məbləğində şəxsi ödənməz;
- Korporativ nömrə;
- İş rejimi - 6 günlük (I-V günlər 09:00-17:00, VI gün 09:00-14:00);
- Əmək haqqı: Müsahibə əsasında
Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Audit” başlığı ilə göndərə bilərsiniz.