Boranı Restoranı Lənkəran filialı üzrə Restoran İnzibatçısı vakansiyası elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Filialın gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiya olunması;
- Filialda daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;
- İşçi heyətinin işə davamiyyəti, iş qrafiki və ümumi fəaliyyətinə nəzarət;
- Filialın gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkilinin təmin edilməsi;
- Şirkət rəhbərliyi tərəfindən verilən tapşırıqların icrasına nəzarət;
- Filial üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Filialın təsərrüfat, avadanlıq və digər inzibati ehtiyaclarının izlənilməsi;
- Aşkar olunan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və aidiyyəti şəxslərə bildirilməsi;
- İşçilər arasında iş bölgüsünün və əməkdaşlığın düzgün təşkilinə dəstək göstərilməsi;
- Şirkətin daxili prosedur və standartlarının filialda tətbiqinə nəzarət.
Namizədə tələblər:
- 25–40 yaş aralığında olmaq;
- İnzibati və ya idarəetmə sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Məsuliyyətli və operativ qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Səliqəli, intizamlı və ünsiyyətcil olmaq;
- Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür.
İş şəraiti
- Əmək haqqı:1300-1500 AZN
- İş yeri:Lənkəran şəhəri
- İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət
- Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
Muraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Restoran İnzibatçısı” başlığı ilə göndərə bilərsiniz.