Boranı Restoranlar Şəbəkəsinə Şef Barmen tələb olunur
Vəzifə öhdəlikləri:
- Bar komandasının idarə olunması və iş qrafikinin tərtibi
- İçkilərin hazırlanması standartlarının yaradılması və nəzarəti
- Barın gündəlik fəaliyyətinə nəzarət (təmizlik, ehtiyatların yoxlanması, inventar)
- Təchizatçılarla əməkdaşlıq və sifarişlərin verilməsi
- Satış hesabatlarına nəzarət
- Yeni işçilərin təlimi və işə adaptasiyası
- Müştəri məmnuniyyətinin təmin olunması və yüksək xidmət standartının qorunması
Tələblər:
- Şef barmen və ya barmen kimi minimum 2-3 il iş təcrübəsi
- Kofe,kokteyllər və içkilər üzrə peşəkar bilik
- Komanda idarə etmə bacarığı
- Gigiyena və təhlükəsizlik qaydalarına əməl etmək
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Ə/H 1100-1200 AZN
- Nahar verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.