Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
- Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
Öhdəliklər
- Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək.
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
- İdarəetmə hesabatlarının hazırlanması və təhlili
- Müəssisə resurslarının səmərəli idarə edilməsi üzrə təkliflərin verilməsi
- Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi
- Əməkhaqqı hesablamaları, maya dəyəri hesablamaları və s.
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssiz” yazaraq göndərə bilərlər.