Boutique 19 Boutique 19
  • 637

Boutique 19

Other

Business Development Manager (Home Goods)

  • Истекает 11 сентябрь 2025

Təsvir

Home Goods kateqoriyasında inkişaf təşəbbüslərinə rəhbərlik edəcək, motivasiyalı və nəticəyönümlü “Business Development Manager” axtarırıq. Əgər sən möhkəm tərəfdaşlıq münasibətləri qurmaq bacarığına sahibsənsə, danışıqlar aparmaq sənətini bilirsənsə və e-commerce sahəsində əsas kateqoriyaların inkişafına töhfə vermək istəyirsənsə, onda  komandamıza xoş gəlmisən!.

Nə ilə məşğul olacaqsan?

  • Tərəfdaş təchizatçılar portfeli ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Satıcıların performans göstəricilərinin analizi: GMV, məhsul çeşidi, qiymət siyasəti, mövcudluq;
  • Yeni kommersiya imkanlarının təşəbbüsü: eksklüzivlər, sərfəli təchizat modelləri, aksiyalar və s.;
  • Müqavilə şərtlərinin optimallaşdırılması, danışıqların aparılması və razılaşmaların yenidən nəzərdən keçirilməsi;
  • Təchizatçılarla birgə reklam kampaniyalarının və aktivasiyaların həyata keçirilməsi;
  • Məlumatlarla işləmək: KPI-ların monitorinqi, hesabatların təqdim olunması və analiz əsasında qərarların verilməsi;
  • Ümumi məqsədlərə çatmaq üçün kateqoriya meneceri və başqaları ilə birgə əməkdaşlıq.

Tələblər

  • E-commerce / satış / category management / FMCG sahəsində 3+ il iş təcrübəsi;
  • Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satınalma, tərəfdaşlıq və satış analitikası proseslərini dərindən anlamaq;
  • Excel, Google Sheets və analitik alətlərdə sərbəst işləmək bacarığı;
  • Marketinq, menecment, iqtisadiyyat və ya yaxın sahələr üzrə ali təhsil;
  • Rus və ya İngilis dillərindən birində yaxşı səviyyədə bilik.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Orta səviyyəli

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily35
  • Weekly274
  • Monthly1546