“BrandLux Trade and Distribution” MMC şirkətinə təcrübəli və özünə güvənən Satış təmsilçisi(ekspeditor) tələb olunur:
Vəzifələr:
- Müştərilərlə ünsiyyət qurmaq, şirkətin məhsullarını müştərilərə təqdim etmək
- Şirkət məhsullarının isti və soyuq satışını həyata keçirmək;
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi
- Şirkətin bazasında olan məhsulların topdan satışı üzrə danışıqların aparılması
- Təyin olunmuş satış planlarının icrası;
- Vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
- Müştərilərə xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək
- Korporativ formata uyğun işgüzar danışıqlar aparılması;
- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalı;
- Ekspeditor, satış dağıtım sahəsində 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
- Bakı şəhər rayon və məntəqələrini yaxşı tanımalı;
- Cins: Kişi/Qadın
- Yaş həddi: 20-40;
- Satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;
- Azərbaycan dilini səlis bilməlidir, xarici dillər arzuolunandır;
- Ofis proqramları biliyi;
- Yüksək kommunikasiya və satış bacarığı olmalı
- Pərakəndə qoluna satış təmsilçiləri
- HoRecA(Otel,Restoran,Aptek) qolunda təcrübəsi olan satış təmsilçiəri
- Promo və satış üçün xoş görkəmli xanım namizədlər tələb olunur
İş şəraiti:
- Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə
- İş vaxtı həftə içi 5 gün (09:00 – 18:00, şənbə, bazar-istirahət günü)
- Yanacaq xərci qarşılanır;
- Korporativ nömrə ilə təmin olunur;
- Əməkhaqqı: 1500+ (AZN)
- Karyera inkişafı imkanı
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində Satış təmsilçisi(ekspeditor) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Xahiş olunur zənglərə cavb verilsin və yalnız ciddi şəxslər müraciət etsin.