Satıcı

  • Истекает 5 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Brend House Mağazalar Şəbəkəsi “Satıcı” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş qrafiki (Növbəli)
  • Ünvan:  Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız(Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər filiallarımız)

Əsas Vəzifələr:

  • Mağazaya daxil olan müştəriləri gülərüz və nəzakətli şəkildə qarşılamaq
  • Müştərilərə kişi, qadın və uşaq geyimləri barədə düzgün və ətraflı məlumat vermək
  • Müştərinin ehtiyacına uyğun məhsul seçməkdə kömək göstərmək
  • Ölçü, model, rəng və qiymət üzrə məsləhət vermək
  • Satış prosesini həyata keçirmək və kassa əməliyyatlarını düzgün icra etmək
  • Məhsulların vitrində və rəflərdə səliqəli və düzgün düzülməsini təmin etmək
  • Yeni gələn malları qəbul etmək və anbara yerləşdirmək
  • Məhsulların qiymət nişanlarının düzgünlüyünə nəzarət etmək
  • Mağazada təmizliyə və ümumi qaydaya riayət etmək
  • Endirim və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq
  • Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri nəzakətlə cavablandırmaq
  • Mağaza rəhbərliyinin verdiyi digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Namizədə tələblər:

  • Müvafik sahə üzrə minimum 1 il təcrübə;
  • Yüksək satış bacarıqları;
  • Məsuliyyətli, operativ və təşəbbüskar olmalıdır;

Komandamıza uyğun olan  namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Satıcı” və müraciət etmək istədiyi filialın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

Filialların çox olması səbəbiylə cv-də faktiki yaşayış yerinin dəqiq qeyd olunması vacibdir. 

  • Daily1
  • Weekly1
  • Monthly727