UI/UX Dizayner (Marketplace)

  • Истекает 8 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • İstifadəçi tədqiqatları aparmaq və insight-lar əsasında dizayn həlləri hazırlamaq
  • Marketplace platformasında istifadəçi təcrübəsini (UX) optimallaşdırmaq
  • Axtarış, filtrasiya və məhsul kəşfi (product discovery) proseslərini təkmilləşdirmək
  • Məhsul səhifəsi (PDP), səbət (cart) və checkout proseslərini sadələşdirmək və conversion-u artırmaq
  • Wireframe, prototip və yüksək səviyyəli UI dizaynları hazırlamaq
  • Dizayn sisteminin inkişafında iştirak etmək və komponent əsaslı yanaşma tətbiq etmək
  • Frontend və mobil komandalarla sıx əməkdaşlıq edərək dizaynların düzgün implementasiyasını təmin etmək
  • A/B testlər üçün dizayn variantları hazırlamaq və nəticələrə əsasən iterasiya etmək

Texniki bacarıqlar

  • Figma-da peşəkar səviyyədə işləmək (digər alətlər: Adobe XD, Sketch və s. üstünlükdür)
  • UX bilikləri: user research, user flow, wireframing, prototyping
  • UI bilikləri: vizual hierarxiya, rəng palitrası, tipografiya, ikonsetlər
  • Dizayn sistemi və komponent məntiqi üzrə təcrübə
  • Responsive və adaptiv dizayn prinsiplərini bilmək
  • iOS (HIG) və Android (Material Design) qaydaları üzrə anlayış
  • UX writing və microcopy bacarıqları (üstünlükdür)
  • Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı (Google Analytics, Hotjar və s. alətlərlə tanışlıq üstünlükdür)
  • A/B testing və conversion optimization anlayışı (üstünlükdür)

Təcrübə

  • Minimum 3+ il UI/UX dizayn təcrübəsi (web və mobil məhsullar üzrə)
  • Marketplace / e-commerce layihələrində təcrübə (üstünlükdür)
  • Portfolio mütləqdir

Yumşaq bacarıqlar

  • Yaradıcılıq və yenilikçilik
  • Təşəbbüskarlıq və proaktiv yanaşma
  • Komanda ilə effektiv əməkdaşlıq
  • Detallara diqqət

Təhsil və dil

  • Ali təhsil (Dizayn, İT və ya əlaqəli sahə)
  • Azərbaycan dili – mükəmməl
  • İngilis dili – Üstünlükdür

Əmək haqqı və iş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayoni
  • Əmək haqqı: Namizədin təcrübəsinə uyğun qarşılıqlı razılaşma ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly708
  • Monthly1092