İş şəraiti:
- İş yeri: “Garabagh Hospitality” MMC, Xankəndi şəhəri
- İş rejimi: 5 günlük (09:00-18:00), İstirahət günləri: şənbə və bazar günləri
Əsas vəzifələr:
- Tələbə yataqxanası və yeməkxananın maliyyə işlərini idarə etmək və uçotunu aparmaq.
- Kassaya nəzarət və pul vəsaitlərinin düzgün idarə olunmasını təmin etmək.
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Gündəlik və aylıq maliyyə əməliyyatlarının yoxlanması.
- Gəlir və xərclərin analiz edilməsi, büdcənin effektiv idarə olunması.
Namizədə olan tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (tələbə yataqxanası və yeməkxana təcrübəsi üstünlükdür).
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı.
- Mühasibat uçotu və kassa əməliyyatlarına dair biliklər.
- Yüksək analitik düşüncə və məsuliyyətlilik.
- Xüsusi qeyd: Xankəndi şəhərinə yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Biz nə təklif edirik?
- Əmək haqqı: 1,500 – 2,000 AZN (nett).
- Yaşayış yeri və gündə 3 dəfə yeməklə təminat.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Maliyyə nəzarətçisi” məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.