Bridge Travel komandasına Tur Meneceri axtarılır
Bridge Travel şirkəti Tur Meneceri vakansiyası üzrə namizədlərin müraciətlərini qəbul edir. Vakansiya üzrə tələblər və vəzifə öhdəlikləri aşağıda təqdim olunur.
Vəzifə öhdəlikləri
- Yerli və xarici turların hazırlanması və satışı
- Müştərilərə tur paketləri barədə ətraflı məlumatın verilməsi
- Otellərin bronlaşdırılması və rezervasiyaların idarə olunması
- B2B rezervasiya sistemləri ilə işləmək
- Turoperatorlar və tərəfdaşlarla yazışmaların aparılması
- Müştəri sorğularının operativ cavablandırılması
- Satış sonrası müştəri dəstəyinin təmin edilməsi
Tələblər
- Turizm sahəsində iş təcrübəsi
- B2B rezervasiya sistemləri ilə işləmək təcrübəsi
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dili biliyi üstünlük hesab olunur
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Güclü ünsiyyət və satış bacarıqları
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
Təklif edirik
- Əmək haqqı: 1000 AZN + satışdan 10% bonus
- İnkişafa açıq və dinamik iş mühiti
- Karyera inkişafı imkanları
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Tur Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.