Tur Meneceri

  • Истекает 13 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Turizm sahəsində təcrübəniz, güclü satış bacarığınız varsa, sizi Bridge Travel komandasına dəvət edirik. Şirkətimizdə outgoing turizm istiqaməti üzrə çalışacaq, məsuliyyətli, operativ və nəticəyönümlü Tur Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Tur paketlərinin hazırlanması və satışı
  • Müştərilərin istəyinə və büdcəsinə uyğun fərdi tur təkliflərinin hazırlanması
  • Müştərilərə tur paketləri haqqında ətraflı məlumat verilməsi
  • Otel bronlarının və rezervasiyaların idarə edilməsi
  • B2B rezervasiya sistemləri ilə işləmək
  • Turoperatorlar və xarici tərəfdaşlarla yazışmaların aparılması
  • Müştəri sorğularının operativ cavablandırılması
  • Satış prosesinin izlənilməsi və satışdan sonrakı müştəri dəstəyinin təmin edilməsi

Namizədə tələblər

  • Turizm sahəsində minimum 2 il iş təcrübəsi
  • Outgoing tur paketlərinin hazırlanması və satışı üzrə praktiki təcrübə
  • B2B rezervasiya sistemləri ilə işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • Rus və ya ingilis dili biliyi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Güclü ünsiyyət, təqdimat və satış bacarıqları
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
  • Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı

İş şəraiti

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00
  • Əməkhaqqı: 1500 AZN + bonus
  • Rəsmi əmək müqaviləsi
  • İnkişafa açıq və dinamik iş mühiti
  • Karyera inkişafı imkanları

CV-nizi mövzu hissəsində “Tur Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV göndərmələri xahiş olunur.

  • Daily11
  • Weekly11
  • Monthly1109