Danışıq klubu Moderatoru (həftədə 2-3 dəfə nəzərdə tutulub)
British Academy Elmlər filialı üçün danışıq klubu moderatoru axtarılır.
- Tələbələrin həm söz bazasını həm də danışıq qabiliyyətini inkişaf etdirə biləcək proqram əsasında danışıq klublarının təşkil olunması
- Mütəmadi olaraq tələbələrin danışıq qabiliyyətinin inkişafını izləmək və bu barədə məsləhətlər vermək
Ünvan: Elmlər filialı ünvanı: Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, 48
Namizəddən tələblər:
- İngilis dili ixtisası üzrə ali təhsil mütləqdir
- Namizəd ingilis dilini mükəmməl səviyyədə bilməli
- IELTS sertifikatı (həm ümumi həm də danışıq nəticəsi minimum 7.5 nəticə ) üstünlükdür
- Komandada işləmək bacarığı
- İnnovativ üsullarla müxtəlif yaş qrupları ilə işləmək bacarığı
- İşə ciddi və məhsuliyyətli yanaşmaq
Əmək haqqı: 250-300 AZN
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu yerində “Danışıq klubu moderatoru” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.