Hüquq Departamentinin Rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquq Departamentinin Rəhbəri

  • Истекает 5 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

30 illik fəaliyyət təcrübəsinə malik olan, hüquq, maliyyə, HR və idarəetmə sahələrində ixtisaslaşmış konsalting və autsorsinq şirkətimizə Hüquq Departamentinin Rəhbəri vəzifəsinə peşəkar hüquqşünas-lider axtarırıq. Bu vəzifə yalnız hüquqi biliklər deyil, eyni zamanda strateji düşüncə və idarəetmə bacarığı tələb edir.

Əsas vəzifələr:

  • Hüquq departamentinin fəaliyyətinə rəhbərlik və strukturun effektiv idarə olunması;
  • Müxtəlif sahələr üzrə fəaliyyət göstərən müştərilərimizə yüksək səviyyəli hüquqi məsləhətlərin təqdim olunması;
  • Müştəri münasibətlərinin qurulması, təqdimatların keçirilməsi və hüquqi xidmətlərin təqdim olunması;
  • Komandanın işinin təşkili və hüquq işçilərinin inkişafına töhfə verilməsi;
  • Şirkət daxilində digər departamentlərlə sıx əməkdaşlıq və hüquqi dəstəyin təmin olunması.

Tələblər:

  • Hüquq sahəsində azı 3 il idarəedicilik təcrübəsi;
  • Konsalting və ya autsorsinq şirkətlərində iş təcrübəsi üstünlük hesab olunur;
  • Güclü təqdimat bacarığı və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Komandanı idarə etmək, prosesləri planlaşdırmaq və optimallaşdırmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma və hüquqi məsələləri biznes dili ilə izah etmək bacarığı.

Hüquq sahəsində tələb olunan peşəkar bilik və bacarıqlar:

  • Mülki, vergi, əmək və kommersiya hüququ sahələrində dərin nəzəri və praktiki biliklər;
  • Müqavilələrin hazırlanması, ekspertizası və danışıqların aparılması sahəsində təcrübə;
  • Məhkəmə və qeyri-məhkəmə yolları ilə mübahisələrin həlli, iddia və etiraz sənədlərinin tərtibi bacarığı;
  • Normativ-hüquqi aktların təhlili, hüquqi risklərin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi;
  • Korporativ hüquq üzrə biliklər – hüquqi şəxslərin qeydiyyatı, idarəetmə sənədləri, nümayəndəlik səlahiyyətləri və s.;
  • Əmək qanunvericiliyi üzrə daxili sənədlərin hazırlanması, əmək münasibətlərinin hüquqi tənzimi;
  • Audit və yoxlamalar zamanı hüquqi müşayiət və dövlət orqanları ilə yazışmaların aparılması təcrübəsi;
  • Müxtəlif sektorlarda fəaliyyət göstərən müştərilər üçün fərdi hüquqi yanaşma və kompleks hüquqi dəstək göstərmək bacarığı.

Əmək haqqı:

  • Rəqabətqabiliyyətli və razılaşma əsasında müəyyən olunur.

Əgər siz hüquqi savadı, strateji düşüncə tərzi və liderlik bacarığı ilə seçilən bir peşəkarsınızsa – sizin müraciətinizi səbirsizliklə gözləyirik!

CV-lərinizi və motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily211
  • Weekly372
  • Monthly1117