Buckswood School Baku Business Müəllimi (IGCSE və A-Level) tələb olunur.
İş şəraiti:
- Məktəb: Buckswood School Baku
- Yer: Bakı, Azərbaycan
- İş rejimi: Həftənin 5 günü, 09:00 – 17:00
- Tədris dili: İngilis dili
- Başlama tarixi: 2026–2027-ci tədris ili
Biz kimi axtarırıq?
- Komandamıza uşaqları sevən, öyrənməyə və inkişaf etməyə həvəsli, gənc və enerjili namizədləri.
Əsas vəzifələr
- IGCSE və A-Level səviyyələrində Business fənninin ingilis dilində planlaşdırılması və tədris olunması
- Cambridge International və ya digər Britaniya imtahan şuralarının kurikulumuna uyğun dərs proqramının həyata keçirilməsi
- Şagirdlərin IGCSE və A-Level imtahanlarına sistemli hazırlanması
- Şagirdlərin akademik nailiyyətlərinin qiymətləndirilməsi, monitorinqi və fərdi dəstəyin göstərilməsi
- Real biznes nümunələri və praktiki tapşırıqlarla dərslərin zənginləşdirilməsi
- Məktəbdaxili tədbirlərdə və layihələrdə fəal iştirak
- İngilis dilində fənn üzrə metodiki materialların hazırlanması və yenilənməsi
Tələblər
- Ali təhsil (biznes, iqtisadiyyat, maliyyə və ya əlaqədar ixtisas üzrə)
- IGCSE və A-Level Business proqramları haqqında bilik və ya təcrübə
- Britaniya təhsil sistemi və imtahan tələbləri ilə tanışlıq
- İngilis dilində sərbəst danışma və tədris aparmaq bacarığı (C1/C2 səviyyə)
- Uşaqlarla işləməyə həvəs və sevgi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.