İşəgötürən: “BK Azərbaycan” MMC, Burger King restoranlar şəbəkəsi
Namizədə aid tələblər:
- 25-35 yaş arasında;
- Ali təhsilli olması;
- Azərbaycan dili üzrə yaxşı biliklər;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
- MS Excel üzrə mükəmməl biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
- Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək bacarıqları;
- Komandada işləmək və vaxtında nəticə əldə etmək bacarıqları.
Əsas vəzifə və öhdəliklər:
- Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
- Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
- Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
- Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
- Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
- Vergi, DSMF və statistik orqanlara təqdim olunan əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı - 1000 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.