Burma Burma
  • 203

Kompüter Operatoru (Anbar və Satış üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kompüter Operatoru (Anbar və Satış üzrə)

  • Deadline 1 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Kürdəxanı
  • İş saatı: 09:00-dan 18:00-a qədər, Şənbə günləri isə qısa iş günü saat 13:00-a kimi
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq
  • Nahar şirkət tərəfindən qarşılanır

Vəzifə Öhdəlikləri:

  • Anbar Əməliyyatlarının Qeydiyyatı: Malların mədaxili, anbarlararası yerdəyişməsi və silinməsi (zay, daxili istifadə və s.) sənədlərinin 1C proqramına daxil edilməsi;
  • Satış Sənədlərinin Hazırlanması: Satış sifarişləri əsasında daxili qaimə-fakturaların sürətli şəkildə tərtib edilməsi və çap olunaraq anbara/ekspeditora təqdim edilməsi;
  • Elektron Qaimə-Faktura (E-qaimə): Sistemdə hazırlanan satış sənədləri əsasında dövlət vergi portalında elektron qaimələrin yaradılması və qarşı tərəfə göndərilməsi;
  • Geri Qaytarma Prosesi: Müştərilərdən və ya mağazalar şəbəkəsindən geri qayıdan malların sənədləşdirilməsi və sistemdə stokun bərpa edilməsi;
  • Məlumatların Çarpaz Yoxlanılması: İri market şəbəkələrinin daxili sistemləri (məs. Bravo və s.) ilə 1C proqramındakı qaimələrin say və məbləğ baxımından uyğunluğunun yoxlanılması;
  • Sənəd Dövriyyəsinin İzlənilməsi: Ekspeditorlara təhvil verilən sənədlərin imzalı surətlərinin geri toplanması və sistemdə "icra olundu" statusuna gətirilməsi;
  • Arxivləşdirmə: Gündəlik alış-satış və anbar sənədlərinin nizamlı şəkildə qovluqlara yığılması və arxivləşdirilməsi.

Namizədə Tələblər:

  • Təcrübə: Bənzər vəzifədə (operator, anbar uçotçusu və ya satış əməliyyatçısı) minimum 1 il iş təcrübəsi;
  • Proqram Bilikləri: 1C (8.3) proqramında operativ işləmək bacarığı və ofis proqramları (Excel, Word) haqqında baza bilikləri;
  • Portal Biliyi: Elektron Vergi Hesab-faktura (e-taxes.gov.az) bölməsindən istifadə qaydalarını bilmək;

Şəxsi Keyfiyyətlər:

  • Sürətli və səhvsiz məlumat daxil etmə qabiliyyəti;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • İş yükünün çox olduğu saatlarda operativliyi qorumaq bacarığı.

Xahiş olunur uyğun namizədlər CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.

  • Daily17
  • Weekly562
  • Monthly129