B Business Accounting
  • 287

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 13 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Ərazi: Bakı
  • Maaş: 800 - 1200 Azn
  • İş qrafiki: Həftənin 5  günü (Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü: Şənbə, bazar.

İş barədə məlumat:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
  • Kassa  əməliyyatlarının yerinə yetirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
  • Elektron  qaimə , faktura,  hesab fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
  • Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.

Əsas tələblər:

  • Staj: 1-2 il
  • Yaş: 25 — 40 yaş
  • Namizədin rus dili biliyi olması mütləqdir.
  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
  • Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Sınaq müddəti: 3 ay 

Cv formasında şəkil olması mütləqdir. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily1
  • Weekly609
  • Monthly1296