Tələblər:
- Staj: 1 il
- Yaş: 24-dən yuxarı
- Təhsil: Ali təhsil (bakalavr , Magistr üstünlükdür)
Vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Pul vəsaitlərinin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
- Kassa əməliyyatlarının yerinə yetirilməsi.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
- Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi. Əsas tələblər:
- Ali təhsil ( bakalavr və ya magistr) (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- 1C proqramı və Microsoft Office proqramlarını (WORD,EXCEL,OUTLOOK,TEAMS) bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- Ərazi: Bakı
- İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00 dək) istirahəT günü: Şənbə, bazar.
- Əmək haqqı: 400-700 AZN
- Sınaq müddəti: 3 ay (sınaq müddətindən sonra əmək haqqı artımı)
- Sınaq müddəti ərzində işlərin icrası və proqram təminatı barədə təlimlər keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib köməkçisi” qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Cv formasında şəkil olması mütləqdir.