İş şəraiti
- Şirkət: Altium İnternational Laboratoriya Cihazları MMC
- Ərazi: Bakı
- Maaş: müsabiqə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcəkdir
- İş rejimi: 5 günlük iş qrafiki
İş barədə məlumat:
- Potensial müştərilərin axtarışını və cəlb edilməsini həyata keçirmək
- Müştərilərin ehtiyaclarını müəyyən etmək və həmin ehtiyaclara uyğun məhsul və xidmətlər barədə məlumat vermək.
- Məhsul və xidmətlərin xüsusiyyətlərini, qiymətlərini, kampaniyalarını və satış şərtlərini müştərilərə izah etmək.
- Satış prosesini müəssisənin müəyyən etdiyi qayda və prosedurlara uyğun həyata keçirmək.;
- Müştəri bazasını formalaşdırmaq və yeniləmək;
- Müştəri məmnuniyyətinin təmin olunması və uzunmüddətli müştəri münasibətlərinin formalaşdırılması istiqamətində fəaliyyət göstərmək.;
- Bazar, rəqiblər, qiymətlər, müştəri tələbatı və satış imkanları barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək.;
- Satışların artırılması üçün yeni müştəri və satış kanallarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
Əsas tələblər:
- Staj: 1-2 il
- Yaş: 20 — 50 yaş
- Ali təhsil (kimya,fizika,və ya biologiya üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü:Şənbə, bazar.
- Əmək haqqı: müsabiqə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcəkdir
- Sınaq müddəti: 3 ay
Cv formasında şəkil olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.