Broker

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Broker

  • Deadline 5 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı 800-1000 Azn

Tələblər

Təhsil və təcrübə

  • Ali təhsil (iqtisadiyyat, logistika, gömrük işi, hüquq və ya uyğun sahə üzrə üstünlükdür).
  • Gömrük rəsmiləşdirilməsi sahəsində iş təcrübəsi arzuolunandır.
  • Sertifikati olan broker 
  • Müştərilərlə işləmək və onların tələblərini öyrənmək.
  • Alqı-satqı əməliyyatlarını təşkil etmək və vasitəçilik etmək.
  • Bazarı araşdırmaq və müştərilərə uyğun təkliflər vermək.
  • Sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini izləmək.
  • Danışıqlar aparmaq və müqavilələrin bağlanmasına kömək etmək.

Vəzifənin məqsədi

  • İdxal, ixrac və tranzit yüklərinin gömrük qanunvericiliyinə uyğun şəkildə rəsmiləşdirilməsini təmin etmək, gömrük bəyannamələrini hazırlamaq və müştərilərlə gömrük orqanları arasında əlaqələndirməni həyata keçirmək.

Vəzifə öhdəlikləri

  • İdxal, ixrac və tranzit əməliyyatları üzrə gömrük bəyannamələrini hazırlamaq və təqdim etmək.
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və sistemə daxil etmək.
  • Malların düzgün HS (XİF MN) kodlarının müəyyən edilməsində iştirak etmək.
  • Gömrük rüsumları, ƏDV və digər ödənişlərin düzgün hesablanmasını təmin etmək.
  • Gömrük orqanları ilə yazışmalar və işgüzar əlaqələri həyata keçirmək.
  • Müştərilərə gömrük prosedurları və qanunvericiliyin tələbləri barədə məsləhət vermək.
  • Gömrük yoxlamaları zamanı zəruri sənədləri təqdim etmək və prosesi müşayiət etmək.
  • Gömrük qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və fəaliyyətə tətbiq etmək.
  • Daşıyıcılar, logistika şirkətləri, anbarlar və digər tərəflərlə operativ koordinasiyanı təmin etmək.
  • Gömrük əməliyyatları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Məxfi məlumatların qorunmasını və sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək.

Bilməlidir

  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyini.
  • Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını (XİF MN / HS kodları).
  • İdxal, ixrac və tranzit prosedurlarını.
  • İnkoterms (Incoterms) qaydalarını.
  • Elektron gömrük sistemləri və ofis proqramları ilə işləmə bacarığını.

Əlaqə - 0708583666 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly444
  • Monthly461