“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Satış Mütəxəssisi (Tikinti materialları üzrə)” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Kişi namizədlər;
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
- Yaş həddi: 22-35;
- Tikinti sektorunda minimum 3 il müvafiq təcrübə;
- Tikinti materialları və sənaye üzrə güclü biliklər;
- Kompyuterdən istifadə bacarığı (MS Office (Word, Excel);
- Şəxsi avtomobilinin olması;
- Azərbaycan dilində səlis danışıq;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş öhdəlikləri:
- Loyallıq proqramı çərçivəsində satışa dəstək layihələrinin hazırlanması və icrası;
- Satış hədəflərinə çatmaq və onları icra etmək;
- Satışın artırılmasına dair mütəmadi təkliflər irəli sürmək;
- Tikinti bazarı və sənaye tendensiyalarından məlumatlı olmaq.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış Mütəxəssisi (Tikinti materialları üzrə)” başlığı altında göndərə bilərlər.