Aparıcı mühasib

  • Истекает 25 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

26 illik təcrübəyə malik olan BSC konsalting öz komandasına aşağıdakı tələblərə uyğun namizəd axtarır. Özünə güvənən Aparıcı mühasibi öz komandamızda görməkdən məmnun olarıq.

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)
  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi
  • Vergi və Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə hesabatlarının tərtib olunması (balans, mənfəət və zərər hesabatları və s.);
  • Əmək haqqı hesablanması;

Tələblər:

  • Minimum 3 il consulting iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Maliyyə qanunvericiliyi üzrə üzrə yaxşı biliklər
  • "1C 8.3", MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və hesabatlılıq
  • PMS sertifikatı
  • Oğlan namizəd

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

Əlaqə nömrəsi: 070 493 32 03 

  • Daily0
  • Weekly169
  • Monthly1788