Biz kimik?
- 30 ildən artıq təcrübəyə malik konsalting və autsorsinq şirkətiyik. Mühasibatlıq, İnsan Resursları, hüquq və idarəetmə sahələrində peşəkar xidmətlər göstəririk. Genişlənən fəaliyyətimiz çərçivəsində Gəncə filialımıza Aparıcı Mühasib axtarırıq.
Vəzifə Öhdəlikləri
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması
- Elektron qaimə, vergi bəyannamələri (ƏDV, ÖMV, gəlir vergisi, DSMF, statistika) üzrə hesabatların hazırlanması və təqdim edilməsi
- Bank, kassa, əsas vəsait uçotu, debitor-kreditor əməliyyatlarının idarə olunması
- Müştəri şirkətlərin mühasibatlıq proseslərinin tam müşahidəsi və koordinasiyası
- Vergi və audit yoxlamalarına hazırlıq və dəstək
- Mühasibatlıq sənədlərinin düzgün və sistemli arxivləşməsi
- Müştərilərlə peşəkar əlaqələrin qurulması və sorğuların operativ cavablandırılması
Tələblər
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- Konsalting / autsorsinq mühitində təcrübə üstünlükdür
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və mühasibat uçotu prinsiplərini yaxşı bilməli
- 1C və ya digər mühasibat proqramlarından istifadə bacarığı
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
- Yüksək ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti
Biz nə təklif edirik?
- Peşəkar konsalting mühitində inkişaf imkanı
- Rəqabətədavamlı əmək haqqı
- Davamlı təlim və sertifikasiya dəstəyi
- Gəncə filialında stabil və uzunmüddətli iş imkanı
- Karyera yüksəlişi və peşəkar mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıçı mühasib-Gəncə filialı “qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.