Baş hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş hüquqşünas

  • Deadline 23 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ hüquq üzrə – Konsalting şirkəti

Biz hüquqi prosesləri sadəcə icra edən deyil, müştərinin biznes risklərini əvvəlcədən görən və idarə edən Baş hüquqşünas axtarırıq. Əgər korporativ hüquqda dərin təcrübən var, hüquqi komandanın liderlərindən olmaq  və müştərilərə strateji hüquqi baxış təqdim etməyə hazırsansa – bu mövqe sizin  üçündür.

Əsas vəzifələr:

  • Müştərilərin fəaliyyətinə uyğun korporativ hüquq strategiyasının formalaşdırılması və hüquqi risklərin idarə edilməsi;
  • Müxtəlif sahələr üzrə mürəkkəb müqavilələrin hazırlanması, hüquqi ekspertizası və danışıqlar prosesində iştirak;
  • Yerli və xarici hüquqi şəxslərin, eləcə də onların filial və nümayəndəliklərinin yaradılması və ləğv edilməsi proseslərinə rəhbərlik;
  • Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazə proseslərinin hüquqi koordinasiyası;
  • Əmtəə nişanları və intellektual mülkiyyət məsələləri üzrə hüquqi müşayiət;
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş və yaşama icazələrinin alınması üzrə mürəkkəb işlərin icrası;
  • Dövlət orqanları və digər qurumlarla yüksək səviyyəli rəsmi yazışmaların və hüquqi mövqelərin hazırlanması;
  • Hüquqşünaslardan ibarət komandanın idarə olunması, iş bölgüsü, metodiki dəstək və keyfiyyətə nəzarət;
  • Müştərilərə şifahi və yazılı hüquqi məsləhətlərin verilməsi, konsalting yanaşmasının tətbiqi.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində minimum 5 il peşəkar iş təcrübəsi
    (konsalting və ya çoxşaxəli müştəri portfeli ilə iş təcrübəsi üstünlükdür);
  • Rus və ingilis dillərində sərbəst işgüzar ünsiyyət bacarığı;
  • Analitik və strateji düşüncə, qərarvermə bacarığı;
  • Liderlik, məsuliyyət və yüksək peşə etikası;
  • Hüquqi bilikləri biznes dilinə çevirə bilmək bacarığı.

Biz nə təklif edirik:

  • Konsalting mühitində strateji səviyyədə qərarvermə imkanı;
  • Müxtəlif sahələr üzrə iri və orta biznes müştəriləri ilə işləmə;
  • Hüquq komandası üzərində real təsir və söz sahibi olmaq;
  • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq perspektivi;
  • Əmək haqqı – qarşılıqlı razılaşma ilə, təcrübə və gətirdiyiniz dəyərə uyğun.

Qeyd: Əgər sən hüquqşünas yox, biznes üçün etibarlı hüquqi tərəfdaş olmağı hədəfləyirsənsə – bu vəzifə məhz sənin üçündür.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Baş hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily19
  • Weekly504
  • Monthly1936