Vəzifə öhdəlikləri:
- Konsaltinq xidmətlərinin (biznes, maliyyə, HR, İT və s.) satışının təşkili və icrası
- Potensial müştərilərin axtarışı və mövcud müştəri bazasının genişləndirilməsi
- Müştərilərlə görüşlərin təşkili, ehtiyacların müəyyən edilməsi
- Kommersiya təkliflərinin hazırlanması və təqdimatı
- Satış planlarının icrası və aylıq/illik hədəflərə çatmaq
- Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlığın qurulması
- CRM sistemində satış proseslərinin izlənməsi və hesabatların hazırlanması
Tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (konsaltinq və ya B2B satış təcrübəsi üstünlükdür)
- Azərbaycan dili – əla, rus və/və ya ingilis dili üstünlükdür
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
- Nəticə yönümlülük və analitik düşünmə
- Təqdimat və müştəri ilə işləmə bacarığı
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: 800-1000 AZN + satılan məhsuldan %
- İş saatı: 09:00-18.00
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.