İş şəraiti:
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: 500 AZN + bonus sistemi
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun elektronika məhsullarını təklif etmək;
- Məhsullar haqqında ətraflı məlumat vermək və texniki xüsusiyyətlərini izah etmək;
- Anbarda olan məhsullara nəzarət etmək və onların düzülüşünü təmin etmək;
- Kassaya qədər olan satış prosesini izləmək və müştəriyə dəstək göstərmək
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Satış göstəricilərinin artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Satış və müştəri xidməti sahəsində bacarıqlar
- Məhsulları təqdim etmək bacarığına malik olmaq;
- Elektronika məhsulları haqqında əsas biliklər;
- Aktiv, məsuliyyətli və ünsiyyətcil olmaq;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.