Satış Müdiri

  • Истекает 9 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud satış potensialının genişləndirilməsi məqsədilə təcrübəli Satış Müdiri axtarır.

Əsas vəzifə və öhdəliklər

  • Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
  • Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
  • İstehsalat, sənaye, tikinti  və digər biznes sektorlarında müştəri əlaqələrinin inkişaf etdirilməsi;
  • B2B satış kanallarının genişləndirilməsi;
  • Potensial müştərilərlə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
  • Satış planlarının və gəlir hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət;
  • Müştəri portfelinin formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Satış komandasının idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi;
  • Bazarın, rəqiblərin və müştəri tələbatının təhlili.

Namizədə tələblər

  • Satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il təcrübə;
  • İstehsalat, sənaye, tikinti və ya korporativ satış sahəsində təcrübə;
  • Tikinti  müəssisələri, iri şirkətlər və korporativ müştərilər arasında formalaşmış işgüzar əlaqələrə malik olmaq;
  • Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının yaradılması bacarığı;
  • Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması bacarığı;
  • Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq qabiliyyəti;
  • Analitik düşüncə və nəticəyönümlülük.

Biz nə təklif edirik?

  • Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • İdarəetmə və qərarvermə səlahiyyəti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • İnkişaf potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily2
  • Weekly2
  • Monthly586