Şirkətimiz beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulmaq üçün təcrübəli sürücülər axtarır.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq yük daşımalarını marşrut üzrə təhlükəsiz və vaxtında həyata keçirmək;
- Daşınan yükün və nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etmək;
- Nəqliyyat və yük sənədlərinin düzgün aparılmasını təmin etmək;
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək;
- Yol hərəkəti qaydalarına, gömrük və sərhəd-keçid prosedurlarına riayət etmək.
Marşrutlar:
- Əsasən Türkiyə və Gürcüstan istiqamətləri;
- Zərurət yarandığı hallarda Rusiya istiqamətində reyslər.
Tələblər:
- C və E kateqoriyalı sürücülük vəsiqəsi;
- Etibarlı TAXO (rəqəmsal taxoqraf) kartının olması;
- Beynəlxalq yük daşımaları sahəsində iş təcrübəsi;
- Beynəlxalq marşrutlar üzrə sürücülük təcrübəsi;
- Məsuliyyətlilik, intizamlılıq və diqqətlilik;
- Uzunmüddətli səfərlərdə işləmək imkanı.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki və iş saatları qarşılıqlı razılaşma əsasında müəyyən edilir;
- Türkiyə istiqaməti üzrə hər gedib-gəlmə reysinə görə əmək haqqı: 1.100 AZN;
- Ezamiyyət xərci: gündəlik 20 ABŞ dolları (USD);
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini və ya əlaqə məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və əlaqə nömrəsinə təqdim edə bilərlər.
Əlaqə nömrəsi +994 55 885 84 88