Təcili olaraq aşağıdakı şərtlər üzrə “Anbardar köməkçisi” (Zirə) tələb olunur.
İş şəraiti
- İş yeri: Bakı, Zirə qəsəbəsi (Zirə, Qala, Maştağa, Binə qəsəbəsində yaşayanlara üstünlük verilir)
- İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- Əmək haqqı: 800-1100 NET
Vəzifə öhdəlikləri
- Anbara daxil olan malların qəbulu, boşaldılması, çeşidlənməsi və yerləşdirilməsi;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Sifariş tələbi əsasında anbardan mal çıxışını təmin etmək;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını təmin etmək.
İş təcrübəsi
- Vəzifə üzrə təcrübə üstünlükdür.
Bacarıq və səriştələr
- Ms. Office programları, Excell orta səviyyədə.
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
Təminatlar
- Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar təmin edilir.
Xahiş olunur tələblərə tam uyğun olan namizədlər müraciət etsin.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Anbardar köməkçisi (zirə)” qeyd etməyi unutmayın.