Aşağıdakı şərtlər üzrə “Kiçik aqronom”(Zirə) tələb olunur.
İş şəraiti
- İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
- İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- Əmək haqqı: 1000 azn
Vəzifə öhdəlikləri
- Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir;
- Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir;
- Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir;
- Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir;
- Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;
- Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir;
Təhsil və iş təcrübəsi
- Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq);
- Minimum 6 ay Kiçik aqronom vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr
- Office proqramları (word,excel orta səviyyəli user)
- İstixana avadanlıqları ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, öyrənməyə həvəsli;
Təminatlar:
- Nəqliyyat və nahar ilə təmin edilir.
Bilməlidir
- Əkin üçün düzgün torpaq sahələrinin seçmək bacarığı;
- Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı;
- Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq;
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kiçik aqronom (Zirə)” qeyd etməyi unutmayın.