Müasir texnologiyalarla təchiz olunmuş istixanalarımıza (Zirə və Sumqayıt) aqronomiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən Təcrübəçi Aqronomlar dəvət olunur. Namizədlər istixana şəraitində pomidor bitkisinin əkini, becərilməsi, suvarma və gübrələmə sistemlərinin tətbiqi, bitki mühafizəsi tədbirləri və məhsuldarlığın artırılması proseslərində iştirak edəcək. Təcrübə müddətində peşəkar aqronomların rəhbərliyi altında praktiki biliklər əldə etmək və real istehsalat mühitində iş təcrübəsi qazanmaq imkanı yaradılır.
Bu vəzifə aqrar sahədə karyera qurmaq və istixana təsərrüfatı üzrə ixtisaslaşmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur. Təcrübə proqramını uğurla tamamlayan və imtahan, praktika nəticələri yüksək olan gənclər daimi iş yeri ilə təmin edilir.
Namizədə tələblər:
- Aqronomluq sahəsi üzrə ali təhsil.
Bacarıqlar.
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
Təminatlar.
- Nəqliyyat və nahar təmin edilir.
Vakansiyaya uyğun namizədlər CV-lərini “Təcrübəçi Aqronom (Zirə/Sumqayıt)” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər.