Namizədə olan tələblər
- Ali təhsil;
- Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
- Dil biliyi: Azərbaycan dili (rus dilini bilməsi üstünlükdür);
- CorelDRAW, Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesign proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Komandada işləmək və düzgün planlaşdırma bacarığı;
- Məsuliyyətli, diqqətli və işinə ciddi yanaşma.
Vəzifə öhdəlikləri
- Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin (kitabların yığılması, kitabların dizayn edilməsi, düzəlişlərin aparılması və s.) vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Promo materiallarının hazırlanması;
- Sosial media üçün vizual materialların dizayn edilməsi;
- Korporativ standartlara uyğun dizayn materiallarının hazırlanması;
- Şirkətin kreativ sahədə fəaliyyətinin effektivliyini artırmaq məqsədilə təklif və təşəbbüslərin irəli sürülməsi;
- Son dizayn trendlərini izləmək və onları iş prosesinə uyğunlaşdırmaq;
- Tapşırılan işlərin vaxtında və keyfiyyətlə icra olunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarını vaxtında və düzgün şəkildə təhvil vermək.
İş qrafiki
- Bazar ertəsi – Cümə: 09:00–18:00
- Şənbə: 09:00–14:00
- İşə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Qrafik Dizayner" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.