Vəzifə tələbləri:
- Ali təhsil (mühəndislik sahəsi üzrə);
- Müvafiq sahə üzrə 1-2 il;
- Azərbaycan dili mükəmməl;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCAD
Vəzifə öhdəlikləri:
- Soyutma və havalandırma sistemləri üzrə layihələrin hazırlanmasında iştirak edir, texniki çertyojların işlənməsi və sistemlərin düzgün, effektiv layihələndirilməsi prosesinə dəstək göstərir.
- Layihələrin həyata keçirilməsinə texniki və təşkilati baxımdan kömək edir və onların vaxtında, texniki tələblərə uyğun icrasını təmin edir.
- Avadanlıq və materialların texniki və maliyyə göstəricilərini nəzərə alaraq layihə smetalarının hazırlanmasında iştirak edir və düzgünlüyünə nəzarət edir.
- Soyutma və havalandırma avadanlıqlarının texniki parametrlərinə uyğun seçim edir və satış komandası ilə birlikdə uyğun avadanlıqların təklif edilməsini rəhbərinə təqdim edir.
- Quraşdırma və montaj mərhələsində işlərin layihə sənədlərinə və montaj planına uyğunluğunu yoxlayır.
- Layihələrin sənədləşdirilməsi və arxivləşdirilməsi prosesində iştirak edir və texniki sənədlərin sistemli şəkildə idarə olunmasını təmin edir.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
İş yeri və rejmi haqqında məlumat:
- İş rejimi: 5 günlük, 09:00-18:00;
- Əmək haqqı 3 ay sınaq müddətində 800 AZN. Sınaq müddətindən sonra isə 1000-1200 AZN
- Ünvan: Dəlidağ 8
Maraqlanan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.