By Telecom By Telecom
  • 115

Anbar köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar köməkçisi

  • Deadline 21 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Anbara daxil olan elektronika məhsullarının qəbulunda iştirak etmək;
  • Qəbul olunan malların say, çeşid və xarici görünüş baxımından ilkin yoxlanılmasına köməklik göstərmək;
  • Malların kateqoriyalar, markalar və modellər üzrə düzgün və səliqəli şəkildə düzülməsində iştirak etmək;
  • Məhsulların yüklənməsi, boşaldılması və daşınması prosesində iştirak etmək;
  • Mağazalara göndəriləcək məhsulların siyahıya uyğun olaraq seçilməsi və hazırlanmasına köməklik göstərmək;
  • Sifariş və köçürülmə üçün nəzərdə tutulan malların qablaşdırılmasında və təhvilə hazırlanmasında iştirak etmək;
  • Anbarda keçirilən gündəlik, aylıq və dövri sayım proseslərində iştirak etmək;
  • Məhsulların zədələnməməsi və təhlükəsizliyinin qorunması qaydalarına riayət etmək;
  • Elektronika məhsulları ilə işləyərkən xüsusi diqqətli olmaq və onların daşınması zamanı müəyyən edilmiş qaydalara əməl etmək;
  • Anbar sahəsində səliqə və nizam-intizamın qorunmasına köməklik göstərmək;


Tələblər

  • Anbar və ya logistika sahəsində1 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilində sərbəst danışıq (ingilis dili biliyi üstünlükdür);
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi filialı və Elmlər filialı;
  • İş qrafiki: 6 günlük 
  • Əməkhaqqı: 500 AZN (net)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Uyğun namizədlərdən Mövzu hissəsinə “Abşeron Ticarət Mərkəzi filialı” və ya “Elmlər filialı” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily9
  • Weekly575
  • Monthly1751