Satış Məsləhətçisi - Xırdalan filialı

  • Истекает 21 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ByTelecom MMC olaraq böyüməkdə olan komandamız üçün dinamik, ünsiyyətcil və satış sahəsində özünə güvənən Satış Məsləhətçisi axtarırıq!

Öhdəliklər:

  • Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;
  • Şirkətin məhsulları, xidmətləri və kampaniyaları haqqında müştərilərə ətraflı və doğru məlumat vermək;
  • Satış hədəflərini (KPI) vaxtında və effektiv şəkildə icra etmək;
  • Mağazadakı məhsulların vitrin nizamına və təmizliyinə nəzarət etmək.

 ​​​​​Tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: Telekommunikasiya, mobil telefon və ya pərakəndə satış sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti (Rus dili biliyi arzuolunandır);
  • Şəxsi keyfiyyətlər: Əla ünsiyyət qurma, aktiv satış və inandırma bacarığı, komandada işləmək istəyi.

Biz Nə Təklif Edirik?

  • Rəqabətqabiliyyətli əmək haqqı: Sabit maaş + satışdan bonuslar (Yüksək qazanc imkanı);
  • İnkişaf: Telekommunikasiya sahəsində peşəkar təlimlər və karyera yüksəlişi imkanı;
  • Mühit: Müasir, dinamik və mehriban kollektiv;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat.

İş yeri: Bakı şəhəri Xırdalan filialı

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Satış Məsləhətçisi - Xırdalan filialı qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily111
  • Weekly528
  • Monthly1913