Vəzifənin məqsədi:
- Şirkətin Umico marketplace üzərindən onlayn satışlarının filialdan effektiv idarə olunması, sifarişlərin anbara düzgün ötürülməsi və satış dövriyyəsinin artırılması.
Vəzifə öhdəlikləri:
- Umico platformasında mağazanın gündəlik idarə olunması
- Məhsulların Umico sisteminə yerləşdirilməsi və optimallaşdırılması (məhsul adı, təsvir, qiymət, stok)
- Umico üzərindən daxil olan sifarişlərin operativ şəkildə anbara ötürülməsi və icrasına nəzarət
- Anbar qalığı ilə Umico stoklarının uyğunluğuna nəzarət
- Umico kampaniyaları, endirimlər və aksiyalarda aktiv iştirak
- Satış göstəricilərinin analizi və aylıq hesabatların hazırlanması
- Platforma daxili müştəri müraciətlərinin cavablandırılması
- Umico qayda və prosedurlarına tam riayət olunmasının təmin edilməsi
Namizədə tələblər:
- Umico marketplace üzrə real və praktiki iş təcrübəsi (üstünlükdür)
- Marketplace satış və sifariş proseslərini yaxşı bilmək (min 1 il iş təcrübəsi)
- Anbar və sifariş koordinasiyası üzrə təcrübə
- Analitik düşüncə, diqqətlilik və məsuliyyət
- MS Excel / Google Sheets ilə işləmə bacarığı
- Azərbaycan dili (rus dili üstünlükdür)
İş şəraiti:
- İş yeri: filialdan (ofisdaxili)
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: sabit maaş + Umico satış dövriyyəsinə əsaslanan aylıq faiz bonusu
- Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı
CV-ləri “Umico üzrə E-commerce Mütəxəssisi” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.