İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Avtomobillərin elektron idarəetmə sistemlərinin diaqnostikası və təmiri;
- Elektron idarəetmə bloklarının (ECU), sensorların və aktuatorların yoxlanılması;
- Avtomobil kommunikasiya sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi;
- Kompüter diaqnostikası vasitəsilə xəta kodlarının oxunması, təhlili və aradan qaldırılması;
- Multimedia, klimat-kontrol, təhlükəsizlik, parklanma və digər elektron sistemlərin diaqnostikası;
- Elektron komponentlərdə yaranan nasazlıqların səbəblərinin müəyyənləşdirilməsi;
- Elektron idarəetmə sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi;
- Təmir və diaqnostika işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
- Avtomobil elektronikası üzrə peşəkar bilik;
- Müasir diaqnostika cihazları və proqram təminatları ilə işləmək bacarığı;
- Elektron idarəetmə blokları və avtomobil sensorları üzrə bilik;
- Elektrik sxemlərini oxumaq bacarığı;
- Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
- Texniki təlimat və servis proqramlarından istifadə bacarığı;
- Analitik düşünmə və nasazlığın əsas səbəbini müəyyən etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları ilə iş təcrübəsi;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
- Avtomobil proqram təminatı və kodlaşdırma üzrə bilik.
İş şəraiti
- İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil elektronikası üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.