BYD Motors Baku MMC BYD Motors Baku MMC

Avtomobil mexaniki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomobil mexaniki

  • Deadline 8 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri

 

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin mexaniki sistemlərinin diaqnostikası və təmiri;
  • Asqı, sükan, əyləc və digər mexaniki sistemlərə texniki xidmət göstərilməsi;
  • Amortizator, şaravoy, sükan ucluqları, səssizbloklar və digər mexaniki komponentlərin yoxlanılması və dəyişdirilməsi;
  • Planlı texniki xidmət və təmir işlərinin həyata keçirilməsi;
  • Mexaniki nasazlıqların səbəbinin müəyyən edilməsi və aradan qaldırılması;
  • Texniki mayelərin və mexaniki komponentlərin vəziyyətinin yoxlanılması;
  • Təmir işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi;
  • Görülmüş işlərin keyfiyyətinin yoxlanılması.

 

Namizədə tələblər:

  • Avtomobil mexanikası üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
  • Avtomobilin mexaniki sistemləri üzrə geniş praktiki bilik;
  • Asqı, sükan və əyləc sistemləri üzrə peşəkar bacarıq;
  • Müasir avtomobillərin konstruksiyası barədə bilik;
  • Texniki diaqnostika avadanlıqlarından istifadə bacarığı;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin mexaniki xüsusiyyətləri barədə bilik;
  • Servis alətləri və avadanlıqlarından düzgün istifadə bacarığı;
  • Məsuliyyətli, dəqiq və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

 

Üstünlük hesab olunur:

 

  • BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.

İş şəraiti:

  • İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

  • Daily103
  • Weekly588
  • Monthly838