BYD Motors Baku MMC BYD Motors Baku MMC

Təkər düzlüyü və balanslaşdırma üzrə usta

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təkər düzlüyü və balanslaşdırma üzrə usta

  • Deadline 8 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin təkər düzülüşünün (razval-konvergensiya) yoxlanılması və tənzimlənməsi;
  • Təkərlərin balanslaşdırılması;
  • Müasir razval-balans avadanlıqları vasitəsilə ölçmə və tənzimləmə işlərinin aparılması;
  • Təkər, disk, asqı və sükan sistemlərinin texniki vəziyyətinin yoxlanılması;
  • Təkərlərin qeyri-bərabər yeyilməsinin səbəblərinin müəyyən edilməsi;
  • Təkər və asqı sistemlərində aşkar edilmiş nasazlıqlar barədə məlumat verilməsi;
  • Tənzimləmə işlərindən sonra nəticələrin yoxlanılması;
  • Görülən işlərin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
  • Razval-balans avadanlıqları ilə işləmək üzrə praktiki təcrübə;
  • Təkər, disk, asqı və sükan sistemləri üzrə texniki bilik;
  • Müasir 3D razval avadanlıqlarından istifadə bacarığı;
  • Təkər aşınmalarını düzgün qiymətləndirmək bacarığı;
  • Avtomobilin texniki göstəricilərinə uyğun tənzimləmə aparmaq bacarığı;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin texniki xüsusiyyətləri barədə ümumi bilik;
  • Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
  • Müasir 3D razval-balans avadanlıqları ilə işləmək təcrübəsi.

İş şəraiti

  • İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Təkər düzlüyü və balanslaşdırma üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

  • Daily4
  • Weekly592
  • Monthly842