Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq;
- Cins kişi və qadın;
- Təhsil: Ali təhsil / İxtisas üzrə təhsilin və maliyyə təhsilinin (xususilə riyazi biliklərin) olması arzuolunandır.
- İş təcrübəsi: 3-5 il
- Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
- Analitik düşünmə və kreativlik;.
Vəzifə öhdəlikləri :
- Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, şirkətin rəhbərliyi tərəfindən verilən əmr və sərəncamları, maliyyə şöbəsinin müdiri və baş mühasib tərəfindən təsdiq etdilən daxili təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutmalıdır;
- Öz əmək funksiyası və vəzifələrinin icrası ilə bağlı bütün məsələlər üzrə ilk növbədə maliyyə şöbəsinim müdirinə və baş mühasibə məlumat verməli və onun qarşısında məsuliyyət daşımalıdır;
- Əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməlidir;
- Əmək intizamına və daxili intizam qaydalarına əməl etməlidir;
- Əməyin təhlükəsizliyi normalarını pozmamalıdır;
- Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
- Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
- Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
- 1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
- Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
- 1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
- Aylıq maliyyə hesabatlarını (Mənfəət-zərər hesabatı, Balans hesabatı, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.) Excell formatda hazırlamalıdır;
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
- Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;
- Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
- Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
- İstehsal sahəsində fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
- İstənilən əməliyyatın mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
- Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
- Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
- Nahar şirkət tərəfindən qarşılanır.
- 6 günlük iş rejimi (bazar ertəsi – şənbə) 09:00 – 18:00
Bu vəzifəyə müraciət etmək üçün CV-ni elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Aparıcı mühasib” Mövzu bölməsində göstərin.